Vaşinqton danışıqları yekunlaşır: Blinkenin Bayramov və Mirzoyanla yekun görüşü olacaq
Bizi izləyin

Nida Xəbər

Vaşinqton danışıqları yekunlaşır: Blinkenin Bayramov və Mirzoyanla yekun görüşü olacaq

Blinken Vaşinqtonda Bayramov və Mirzoyanla yekun görüş keçirəcək.

Publika.az xəbər verir ki, bu gün Vaşinqtonda Azərbaycanı və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə danışıqlar keçiriləcək.

Bu görüşün Vaşinqtonda nazirlərin danışıqlarının yekun mərhələsi olacağı gözlənilir.

Xatırladaq ki, bir neçə gündür Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar gedir. Mayın 1-də nazirlər əvvəlcə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə ayrı-ayrılıqda görüşüb. Daha sonra isə Blinkenin iştirakı ilə üçtərəfli danışıqlar aparılıb.

Həmçinin mayın 3-də xarici işlər nazirlərinin arasında ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə növbəti müzakirələr olub.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm