Ceyhun Bayramov Slovakiyada dəyirmi masada iştirak etdi - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Ceyhun Bayramov Slovakiyada dəyirmi masada iştirak etdi - YENİLƏNDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri çərçivəsində “GLOBSEC” beyin mərkəzinin təşkil etdiyi dəyirmi masa müzakirələrində iştirak edib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tədbirdə Azərbaycan-Slovakiya münasibətləri, Avropa İttifaqı ilə əlaqələrin cari vəziyyəti, qlobal və regional təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyinin müxtəlif aspektləri, bölgəmizdə post-münaqişə dövründə görülən işlər və çağırışlar, mövcud mina təhdidləri, Azərbaycan-Ermənistan sülh prosesi və digər məsələlər müzakirə edilib.

Nazir tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

xxx

23:20

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri çərçivəsində GLOBSEC (analitik mərkəz, Bratislava forumunun təşkilatçısı – red.) tərəfindən təşkil olunan dəyirmi masada iştirak edir.

Bu barədə Publika.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilir ki, dəyirmi masada Azərbaycan-Slovakiya arasında ikitərəfli və çoxtərəfli münasibətlər və münaqişədən sonrakı vəziyyət gündəmdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm