Nida Xəbər
İran Azərbaycan səfirliyinin açılmasını istəyir

İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyinə və əməkdaşların qayıdacaqlarına ümid edir.
Publika.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.
O bildirib ki, son zamanlar qarşılıqlı görüşlər və danışıqlar baş tutub. Hər iki ölkənin xarici işlər nazirləri telefon əlaqəsi saxlayıblar və geniş fikir mübadiləsi aparıblar.
“Həyata keçirilən tədbirlər uğurla başa çatdıqdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin bərpa olunacağına ümid edirik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb. Qatil həbs olunub, məhkəmə araşdırması aparılır.

-
Sosial01:41
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
-
Sosial00:15
Qənirə Paşayevaya görə Heydər məscidində izdiham - FOTO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: romantik münasibətlər başlanacaq
-
Sosial28 Sentyabr 22:53
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO
-
Qadın28 Sentyabr 22:45
Niyə bəzi qadınlar arıqlaya bilmir? - Həkim bütün SİRRİ AÇDI
-
Sosial28 Sentyabr 21:40
Qənirə Paşayevanın dəfn yeri AÇIQLANDI
-
Sosial28 Sentyabr 21:24
"Bəlkə 50 yaşa çatmadım..."
-
Dəb28 Sentyabr 20:48
Bu gözəlləri izləmək üçün 6200 dollar ödəməlisiniz - FOTO