Nida Xəbər
Ölkəmizdə dəmir yolu sahəsində yeni layihəyə başlanıldı

Avropa İnvestisiya Bankının və Avropa İttifaqının Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları (EPIC) proqramı Azərbaycanda yeni layihənin icrasına start verib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində dəmir yolu sahəsində Avropa İttifaqının qabaqcıl təcrübəsinin tətbiqi, həmçinin dəmir yolu xətləri və keçidlərinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində əməkdaşlığın qurulması nəzərdə tutulub.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, layihənin ölkəmizin tranzit potensialının yüksəldilməsi və Orta Dəhlizin daha geniş istifadəsinin təmin edilməsi istiqamətində töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, dəmir yolu sahəsini əhatə edən bu layihə Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları proqramı çərçivəsində ölkəmizdə icra olunacaq ilk layihədir.

-
Nida Xəbər 00:51
23 saat 43 dəqiqəyə 192 can - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Yeni işə başlamaq olar
-
Nida Xəbər 27 Sentyabr 23:00
Azərbaycan dilini ana dili kimi bilən Qarabağ erməniləri - VİDEO
-
Dünya27 Sentyabr 22:08
Dağıstanda atışma: Ölən və yaralananlar var
-
İdman27 Sentyabr 21:00
İranlı qadınlara Neymarı izləmək icazəsi verildi
-
Nida Xəbər 27 Sentyabr 19:21
Qarabağda mina-tələlər zərərsizləşdirilir - VİDEO
-
Qarabağ 27 Sentyabr 17:42
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
-
Sosial27 Sentyabr 17:16
Pilotlarımız səmada “Xarıbülbül” çəkdi - Video