Şuşa ətrafında kvadrokopter müsadirə edildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Şuşa ətrafında kvadrokopter müsadirə edildi - FOTO

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Şuşa ətrafında olan ərazidə Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter müsadirə edilib.

Publika.az xəbər verir ki, ötən gün - sentyabrın 23-də kvadrokopter kustar üsulla hazırlanmış mərmiləri ilə birgə Şuşada səfərdə olan Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşelərinə göstərilib.

Azərbaycan Ordusunun general-leytenantı Mais Bərxudarov onları hərbi atteşelərə təqdim edib. O bildirib ki, kvadrokopter kustar üsulla hazırlanmış mərmiləri ilə birgə Şuşa ətrafında olan bölgələrdə Ermənistan silahlı qüvvələri birləşmələrindən müsadirə edilib: Məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm