Nida Xəbər
Prezidentin xüsusi nümayəndəsi ermənilərə ÇAĞIRIŞ ETDİ

“Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda guya “etnik təmizləmə” aparılması ilə bağlı bəyanatı yalandır”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC radiosuna müsahibəsində deyib.
O, qeyd edib ki, erməni sakinlərin hazırda Azərbaycanın Qarabağ bölgəsini tərk etməsi onların şəxsi qərarıdır və məcburi köçürmə ilə heç bir əlaqəsi yoxdur.
“Əksinə, biz erməniləri təlaş içində yaşadıqları yerləri tərk etməməyə və çoxmillətli Azərbaycanın bir hissəsi olmağa çağırırıq”, - deyə E.Əmirbəyov bildirib.
O, həmçinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə rəsmi Bakı tərəfindən həyata keçirilən humanitar yardımın zəruriliyi barədə məlumat verib.
“Məqsədimiz suveren ərazilərimizdə qanunsuz separatçı rejimi devirmək idi. Biz bu məqsədə nail olduq. Bu gün Qarabağ separatçıları öz qurumlarını ləğv etdiklərini elan etdilər. Bundan sonra orada yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası və dinc yanaşı yaşaması yolu ilə normal həayata qayıdışı şansı yaranır”, - deyə Prezidentinin nümayəndəsi vurğulayıb.

-
Qoroskop12:58
2024-cü ilin ulduz falı: Bu bürclər karyerasında BÖYÜK UĞURLAR QAZANACAQ
-
MDB12:28
Putin bunu etsə Stalini keçəcək
-
Rəsmi xronika12:00
Azərbaycanın bu ölkədəki səfiri geri çağırıldı
-
Nida Xəbər 11:48
Ermənistan piyadadır, əsas problem İrandır: Türklər döyüşdən qaçmır, sadəcə...
-
Nida Təhlil 11:04
Rusiyadan Ermənistana Lars şapalağı - TƏFƏRRÜAT
-
Rəsmi xronika10:30
"Ermənistan nə bu gün, nə də gələcəkdə..." - Prezident
-
Hadisə09:38
Bakıda mebel salonu YANDI
-
Hadisə09:21
Şəhid ailəsinin evini soyan şəxs saxlanıldı - FOTO