Nida Xəbər
İsmət Qayıbovun oğlu danışdı: Cinayət işi yenidən açılsın!
Ümid edirəm ki, Qarakənd facisi ilə bağlı cinayət işi yenidən açılar, haqq-ədalət öz yerini tapar.
Publika.az xəbər verir ki, bunu Report-a açıqlamasında 1991-ci ildə Qarakənd səmasında ermənilər tərəfindən vurulan helikopterdə olan mərhum baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov deyib.
O, təəssüf hissi ilə işğaldan azad edilən əraziləri hələ ziyarət edə bilmədiyini bildirib.
"Bu 32 ildə həsrətlə baxdığımız Qarabağa və Qarakəndə getmək istəyərdim, o vaxt bu hadisədən sonra cinayət işi qaldırılmışdı. 1993-cü ildə torpaqlar işğal altında olduğu üçün cinayət işi bağlandı. Artıq torpaqlarımız işğaldan azad olunub, ümid edirəm ki, bu cinayət işi yenidən açılar, haqq-ədalət öz yerini tapar".
Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Ağdam yaxınlığında, Xocavənd rayonunun Qarakənd səmasında “Mi-8” hərbi helikopterinin ermənilər tərəfindən vurulmasından 32 il ötür.
Qəza nəticədə helikopterdə olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın ozamankı daxili İşlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, eyni zamanda Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.
-
Qoroskop00:45Sentyabrın ilk günündə bürcləri nələr gözləyir?
-
Ekologiya31 Avqust 20:12Bakı və Abşeron yarımadasında dolu yağacaq - Xəbərdarlıq
-
Nida Təhlil 31 Avqust 19:20Əliyevlə Paşinyan Bişkekdə nələri razılaşdırdı? - Detallar
-
Rəsmi xronika31 Avqust 19:05Əliyev, Ərdoğan, Mirziyoyev və Pezeşkian Bişkekdə bir araya gəldilər - Foto
-
İqtisadi gündəm31 Avqust 17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region31 Avqust 16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq31 Avqust 14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya31 Avqust 14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
























.jpg)












