Nida Xəbər
Nazir polkovniki onun xahişi ilə işdən çıxartdı

Fövqələdə Hallar Nazirliyi (FHN) Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi, polkovnik Sahib Rzayev vəzifəsindən azad olunub.
Publika.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu ilin avqust ayında sözügedən vəzifəyə təyin edilən polkovnik Sahib Rzayev başqa dövlət qurumunda yeni vəzifəyə keçməsi ilə əlaqədar nazir, general-polkovnik Kəmaləddin Heydərova işdən çıxması ilə bağlı müraciət edib.
Nazirin müvafiq əmri ilə polkovnik Sahib Rzayev vəzifəsindən azad olunub. Kəmaləddin Heydərovun digər əmri ilə qurumun Məxfi İdarəsinin əməkdaşı Vüsalə Ömərli Fövqəladə halların xəbərdar edilməsi idarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, polkovnik Sahib Rzayev Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi sabiq rəisi olub. Onun rəhbərlik etdiyi qurum bu ilin iyun ayında iki yerə bölünüb. Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib. Sahib Rzayev isə avqust ayında Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi təyin olunub.

-
Ekologiya18:00
Alimlərdən Avropaya xəbərdarlıq: O dəhşət daha tez gələcək
-
Maraq dünyası17:16
Bu 3 bürc Əjdaha ilində VARLANACAQ: Pul qabıları dolub-daşacaq
-
Magazin116:31
Alim Qasımovun keçmiş kürəkəni 20 yaşlı qız qaçırdı
-
İqtisadi gündəm16:21
300 dollarlıq gömrük limiti dəyişdirilir? - AÇIQLAMA
-
İdman15:31
Uğurunun sirri olan qadın ortaya çıxdı - FOTOLAR
-
Sosial15:01
Temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
-
Kriminal14:46
Fermada gənc sevgilisi ilə cinsi əlaqədə oldu, bunu videoya çəkən dostu isə... - Şok təfərrüat
-
İdman14:11
Qanalı gözəl təkzib etdi: Onunla görüşməmişəm - FOTOLAR