Nida Xəbər
Prezident seçkiləri ilə əlaqədar Rusiya şəhərlərində məntəqələr açılacaq
Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Rusiya Federasiyasındakı Səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı Baş Konsulluqlarda seçki məntəqələri açılacaq.
Bu barədə Publika.az Azərbaycanın Rusiyadakı Səfirliyinin rəsmi teleqram kanalına istinadən xəbər verir.
Səsvermədə Azərbaycanın 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan vətəndaşları iştirak edə bilərlər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan Respublikası vətəndaşının pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Prezident seçkiləri dövründə Rusiya Federasiyasına səfər etməyi planlaşdıran və səsvermədə iştirak etmək istəyən vətəndaşlardan da kənarda qalma bülletenləri gətirmələri xahiş olunur.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.
Seçki məntəqələrinin ünvanları:
Moskva şəhəri, Voznesenski prospekti, 15;
Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi, 27;
Yekaterinburq şəhəri, Karl Liebknecht küçəsi, 5;
-
Magazin203:35
Qorbaçovu, Stalini və Çörçili canlandıran aktyor vəfat etdi
-
İdman02:43
Onu axmaq yerinə qoydular: Deşam Mbappedən qisas alır?
-
Magazin102:19
Aygün Bəylərin abidəsi ucaldıldı - FOTO
-
Qoroskop00:16
Günün qoroskopu: axşam saatlarını evdə keçirməyin!
-
ABŞ13 Noyabr 22:56
Melaniya Tramp Ağ Evdə yaşamaq istəmir - SƏBƏB
-
Hadisə13 Noyabr 22:32
Bakıda 63 yaşlı məhkəmə hakimi futbol oynayarkən öldü - FOTO
-
İdman13 Noyabr 22:20
“Qarabağ” Avropa klublarını COP29 üçün Bakıya gətirir
-
Magazin113 Noyabr 21:57
Efirdə Əməkdar artistə ata olacağını dedikləri üçün cəzalandırıldılar