Nida Xəbər
“Elə işlər var, mütləq həll olunmalıdır” - Fazil Mustafaya qarşı terror törədəndən şok sözlər
Ötən il martın 28-də Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Azər Səricanov tərəflərin suallarını cavablandırıb.
Prokuror Səricanovdan Fazil Mustafanı nəyə görə sivil yolla başa salmadığını, sui-qəsd cəhdinə əl atdığını soruşub. Azər Səricanov cavab verib ki, Fazil Mustafanı lap əvvəldən cəzalandırmaq fikri varmış. Buna səbəb deputatın müxtəlif sosial şəbəkələrdəki çıxışları olub: "Bəzi insanları cəzalandırmaq lazımdır, hamıya görsün ki, mənəvi dəyərləri tapdalamaq olmaz. Tək Fazil Mustafa deyil, biri də elə Mirşahin Ağayev. O da çox şey danışırdı.
Burda mühakimə edilənlərin hamısını mən istiqamətləndirmişəm. Nə qədər cəza verirsiz, verin. Elə işlər var ki, mütləq həll olunmalıdır”.
Daha sonra Fazil Mustafanın nümayəndəsi təqsirləndirilən şəxsə suallar verib. Nümayəndə Fazil Mustafanın çəkilən misalların heç birini dilinə gətirmədiyini deyərək, müttəhimdən mənbə göstərməsini istəyib: “Feysbuk səhifəsində, yutubda çıxışlarından birində deyirdi ki, məhərrəmlik ayında mələşmək, ulaşmaq olmaz. Mən belə sözləri qəbul edə bilmərəm.
Nümayəndənin “bir nəfərə qarşı sui-qəsd təşkil etmək üçün 3 oldu silahı neynirdiz, bu qədər silah nəyinizə lazım idi?” sualına cavabında təqsirləndirilən şəxs “bunun nə dəxli var, kişinin belində tapança olar” deyib.
Təqsirləndirilən Səbuhi Şirinovun vəkili Elçin Sadıqov Azər Səricanovdan Fazil Mustafanın hansı hərəkətlərinin onu qane etmədiyini soruşub: “Mənim dinimi təhqir edənin əllərini kəsərəm”.
Elçin Sadıqovun “Fazil Mustafanın siyasi kursundan məlumatlı idizmi?” sualına təqsirləmdirilən “Nurçu kimi tanıyıram”,- deyə cavab verib.
Məhkəmə tərkibinə daxil olan hakim Azər Tağıyevi maraqlandıran məsələ müttəhimin nəyə görə məhz İrana gedib-gələndən sonra bu cinayəti icra etməsi olub. Təqsirləndirilən şəxs deyib ki, sui-qəsddən sonra icraçılara problem yarana bilərdi, onların ölkədən çıxışında problem yaranmasın deyə İrana gedib.
Azər Səricanov yekun olaraq əməlindən peşman olmadığını qeyd edib: "Əməlimdən qətiyyən peşman deyiləm! Vəssalam!”
Daha sonra sərbəst ifadə verən təqsirləndirlilən Rəşad Əhmədov deyib: “Təqsirləndirilən şəxslərdən yalnız Azər Səricanova tanıyıram. Digər təqsirləndirilənləri tanımıram".
Rəşad Əhmədov bildirib ki, özünü yalnız silah saxlamaqda təqsirli bilir: "Azər Səricanov mənə silahı verdi, dedi, saxla, lazım olanda gəlib götürəcəm. Azər Səricanov həbs olunandan sonra gözüm qorxdu. Getdim İstanbula, oradan da Tehrana. 10 gün orada qaldım. Azərbaycanda baş verənləri sosial şəbəkələrdə izlədim. 10 gün Qum şəhərində qalandan sonra Azərbaycana qayıtdım".
Daha sonra Rəşad Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə açıqlanıb. İfadədən məlum olur ki, uşaqlıq dostu Valeh İsmayılov uzun illər öncə Suriyaya döyüşməyə gedib, orada müharibədə bir müddət iştirak edəndən sonra Azərbaycana yox, İrana dönüb, həmin vaxtdan da İranda yaşamağa başlayıb:
"Amma Valehlə əlaqəmiz var idi. Onunla sosial şəbəkələrdə yazışırdıq. Qumda Valehlə oteldə görüşmüşük. Görüşdə Azər Fazil Mustafanı öldürmək planını mənə, mən də Valehə dedim. Valeh bu işin görülməsi üçün mənə 30 min dollar pul verdi. Həmin pulu gətirərək Azər Səricanova çatdırdım.
Valeh pulu verəndə belə şərt qoydu ki, iş alınmasa pulu qaytarmalıyam, əgər iş baş tutsaydı, İrana gedib yaşayacaqdım. Daha sonra Azərbaycanda strateji obyektlərin fotolarını çəkməyi tapşırdı. Mən də onun dedikləri yerləri çəkdim".
Rəşad Əhmədov bildirib ki, strategi obyektlərin şəkillərini Valehə göndərməyib: "Telefonuma proqram yükləmişdim. Pilot, hərbçi olmaq istəyirdim. Buna görə də telefona proqram yükləmişdim. Hərbi hissələrin, strateji obyektlərin şəkillərinə baxırdım. Həvəsim var idi. Həmin proqramı da Valehin proqramına yerləşmişdim ki, o da istədiyi yerə baxsın".
Rəşad Əhmədov bildirib ki, Azər Səricanova biznes əlaqəsi olub
Növbəti proses martın 1-də davam edəcək.
İttihama görə, Azər Səıicanov və digər təqsirləndirilən şəxslər İranın Rey şəhərində olarkən "Hüseyniyyun" qrupunun üzvləri ilə dini baxışlarına görə millət vəkili Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq və ondan qisas almaq məqsədilə sui-qəsd planını müzakirə ediblər. Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə 2022-ci ildə “Kalaşnikov” konstruksiyalı avtomat silah əldə ediblər.
Terror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gətirib. Plana əsasən o, həmin vəsaiti daha sonra Azər Səricanova verib.
Hadisədən əvvəl Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. Azər Səricanov hadisədən öncə terror aktında istifadə ediləcək tapanca silahı özünə götürüb, avtomat silahı isə Səbuhi Şirinova verib.
Daha sonra Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. Orada Səbuhi Şirinov Fazil Mustafaya 7 dəfə atəş açıb.
Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Hadisədən sonra Azər Səricanov ona verilən 30 min ABŞ dollarını şəhərin müxtəlif istiqamətlərində dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova verib.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.
-
MDB04:28
Ukrayna TƏHLÜKƏDƏ: Rusiya bu raketlə vuracaq
-
Magazin203:19
Məşhur aktyor vəfat etdi
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?