Nida Xəbər
Erməni döyüşçülər kəndlərimizə gəlir - Azərbaycana hücum hazırlığı
Ermənistanda “döyüş qardaşlığı” radikal təşkilatın üzvləri yenidən Qazaxın işğal altındakı kəndlərinə gəlməyə hazırlaşır.
Publika.az xəbər verir ki, təşkilatın üzvləri daha öncə Qazaxın kəndlərində hərbi təlimlər keçirmək, orada məskunlaşan erməniləri Azərbaycana qarşı müharibəyə hazırlaşdırmaq istəsələr də, Ermənistan hakimiyyəti buna imkan verməyib.
Təşkilatın rəhbəri Hrant Ter-Abrahamyan bildirib ki, yenidən Tavuşa gedəcəklər.
“Bizə icazə vermirlər, amma biz oradakı əhaliyə (Qazaxın kəndlərində məskunlaşdırılan ermənilər-red) söz vermişik ki, yanlarında olacağıq. Əslində bütün bunlar təkcə Tavuş məsələsi deyil, bütün Ermənistanın məsələsidir. Bu gün Noyemberyandadır, sabah İcevanda ola bilər. Ermənistanın hər bir bölgəsində qaynar nöqtələr var. Əhali müqavimət göstərəcəksə, biz də onların yanında olacağıq”, - o bildirib.
Ter-Abrahamyan Azərbaycanla müharibəyə hazırlaşdıqlarını, hətta hücuma keçə biləcəklərini gizlətmir. İddia edir ki, Azərbaycan Qazaxın işğal altındakı kəndləri və Zəngəzur dəhlizi istiqamətində əməliyyat həyata keçirə bilər.
“Bu, genişmiqyaslı müharibə yox, 2-3 günlük əməliyyat ola bilər. Biz də buna hazırlaşmalı, buna bənzər bir şey etməliyik”, - radikal qruplaşmanın rəhbəri deyib.
Asif
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü













.jpg)
.jpg)




.jpg)















