Nida Xəbər
Azərbaycan və Ermənistan RAZILIĞA GƏLDİLƏR: Sülh Sazişi üçün... - FOTO/YENİLƏNDİ
26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.
Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
19:36
xxx
ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçlü görüş başa çatıb.
Publika.az "Report"a istinadla xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Görüş mediaya qapalı keçib.
xxx
18:40
ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçlü görüş başlayıb.
Publika.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Görüş mediaya qapalı keçirilir.
-
Sosial07:17
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
Cənubi Qafqaz06:16
Siyasi intriqaların YENİ QURBANI: Paşinyana təşəkkür edib 25 gün sonra İSTEFA VERDİ
-
Nəqliyyat05:45
Pik saatlarda metroda eskalatorlar niyə işə salınmır? - RƏSMİ AÇIQLAMA
-
Magazin103:43
Bikini geyinsin deyə xanımına ada aldı - VİDEO
-
Dünya02:42
6,3 bal gücündə zəlzələ bu ölkəni YERİNDƏN OYNATDI
-
İdman02:00
"Qarabağ" "Tottenhem"ə məğlub oldu - YENİLƏNDİ
-
Cənubi Qafqaz01:41
"Konstitusiya dəyişikliklərinin zəruri olacağı vəziyyətlə üzləşəcəyik" - Paşinyan ELAN ETDİ
-
Sosial00:40
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ATA DANIŞDI - VİDEO