ABŞ İsrailə 8,7 milyard dollarlıq hərbi yardım ayırır
Bizi izləyin

Nida Xəbər

ABŞ İsrailə 8,7 milyard dollarlıq hərbi yardım ayırır

İsrail davam edən hərbi səyləri dəstəkləmək üçün ABŞ-dan 8,7 milyard dollarlıq yardım paketi alacaq.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir Vaşinqtonda ölkənin davam edən hərbi səylərini dəstəkləmək üçün ABŞ-ın 8,7 milyard dollarlıq yardım paketi ilə bağlı danışıqları başa çatdırıb", - departamentdən bildirilib.

Sentyabrın 24-də "Associated Press" xəbər verib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Birləşmiş Ştatlar İsrail və Livan arasında gərginliyin aradan qaldırılması üçün “konkret ideyalar” təqdim etməyi planlaşdırır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm