Ceyhun Bayramov Nasser Bourita ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Ceyhun Bayramov Nasser Bourita ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Mərakeş Krallığının Xarici İşlər Naziri Nasser Bourita ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, tərəflər ümumi maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə ediblər.

C.Bayramov həmkarına regionda münaqişədən sonrakı vəziyyət, sülh və Azərbaycanın yenidənqurma səyləri barədə də məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm