Nida Xəbər
Qırıcılar Ermənistana göndərildi: Vəziyyət hər an dəyişə bilər
Hindistan Cənubi Qafqazda Ermənistanın timsalında yeni silah alıcısı tapıb. Hindistan Ermənistan ordusunun bərpa olunmasına kömək edəcək. Ermənistanın müdafiə naziri Süren Papikyan da bu yaxınlarda Hindistanda səfərdə olub. Əldə olunan razılığa görə, hava hücumundan müdafiə silahları ilə yanaşı 300-500 km məsafəni vura biləcək raketlər də Ermənistana veriləcək.
Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
“Hindistan tərəfindən Ermənistana qırıcı təyyarələrin verilməsi ilə bağlı da razılıq əldə olunub. Bura yeni istehsalla yanaşı Hindistan ordusunun arsenalında olan silah-sursat da daxildir. Bu fakt göstərir ki, indi Ermənistanı hamıdan çox Hindistan silahlandırır”.
Polkovnik hesab edir ki, Azərbaycan bu məsələləri diqqətdə saxlayır: “Gələn il üçün Azərbaycan öz hərbi büdcəsini artırmağı da qərarlaşdırıb. Eyni zamanda rəsmi Bakı dəfələrlə bu məsələni Hindistanın diqqətinə çatdırıb. Hətta ötən il Hindistanın Azərbaycana yeni təyin edilmiş səfirini qəbul edərkən ölkə başçısı da bu barədə fikrini bildirib. Amma görünən odur ki, Hindistan hələ də Ermənistanı silahlandırmaqda maraqlıdır”.
Üzeyir Cəfərova görə, rəsmi Bakı haqlı olaraq Ermənistanı silahlandıran Hindistan, Fransa və ABŞ-ın siyasətinə etirazını çatdırıb: “Sözsüz ki, bütün bunlar Cənubi Qafqazda qüvvələr balansının dəyişməsinə hesablanıb. İstiqamət Rusiyanın Ermənistanda yerləşən “102-ci” hərbi bazasının sıradan çıxmasına, Kremlin mövqeyinin zəiflədilməsinə hədəflənib”.
-
Magazin200:30"Kurtlar Vadisi"nin aktyorları 22 il sonra eyni serialda - FOTO
-
Magazin200:15Serdar Ortaç səhnədə yıxıldı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə iki mesaj göndərir
-
Hadisə24 Yanvar 23:36Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT
-
İdman24 Yanvar 23:24“Başında şiş var idi, görüb pis oldum”
-
Magazin124 Yanvar 22:487 kiloqram arıqlayıb belə oldu - FOTO
-
ABŞ24 Yanvar 22:12“Tarixi fəlakət” xəbərdarlığı vaşinqtonluları QORXUYA SALDI - Supermarketlər boşaldılır
-
Magazin124 Yanvar 21:36Dubaydan ev alıb, ora köçür




































