Nida Xəbər
Bu ədalətsizliyə son qoyulmalıdır - Quterreş
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.
Publika.az xəbər verir ki, Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş G20 ölkələrinin dünyada hava çirkləndiricilərinin 80 faizinin yaranmasına cavabdeh olduğunu deyib. “Sizin qəzəbli olmağa tam haqqınız çatır, mən də qəzəbliyəm. Çünki baş verən bu ədalətsizlik, dənizlərin səviyyəsinin yüksəlməsi sizin adaların gələcəyini təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata böyük zərbə dəyir. Bu ədalətsizliyə son qoyulmalıdır”.
Baş katib diqqətə çatdırıb ki, yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün kiçik ada dövlətlərinə dəstək göstərilməlidir. Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb olunur.
COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, son aylarda Antiqua və Barbudadan Barbados və Tonqaya qədər çoxlu səfərlər edib və kiçik ada dövlətlərinin qarşılaşdığı çətinlikləri dərindən öyrənib. Bildirib ki, razılıq əldə etmək üçün tərəflər dəfələrlə bir araya gətirilib və artıq bir sıra məsələlərdə irəliləyiş var. Qeyd olunub ki, beynəlxalq maliyyə institutlarının rəhbərləri ilə əlçatanlığın təmin olunması istiqamətində də işlər davam etdiriləcək.
Nazir, həmçinin deyib: “Yardım göstərmək üçün çox çalışırıq, davamlılıq yaratmaq üçün hərtərəfli yanaşmalara ehtiyacımız var. İnanıram ki, COP29 səsimizi ən yüksək səviyyələrə qaldıran konfransa çevriləcək. Biz COP29-dan sonrakı dövrdə həqiqi tərəfdaşlıq qurmağı səbirsizliklə gözləyirik”.
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim dəyişmələrindən ən çox əziyyət çəkənlərin ada dövlətlərinin olduğunu bildirib. Əlavə edib ki, qlobal temperaturun 1,5 dərəcədə saxlanması ada dövlətləri üçün olduqca vacibdir: "Azərbaycan ada dövlətlərinin tərəfindədir. Onlara həmrəyliyimizi göstərərək Dayanıqlı İnkişaf Məqsədlərinin tam şəkildə icrasında birgə tədbirlərdə iştirak edəcəyik. Biz ümumi səylərlə kiçik ada dövlətlərinin üzləşdikləri çətinliklərin, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına nail ola biləcəyik".
Qeyd edək ki, SIDS iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan həssas ölkələr kateqoriyasında yer almaqdadır. Adalardan ibarət və sahil ölkələrini öz sıralarında birləşdirən alyans dəniz səviyyəsinin artmasını və qlobal istiləşmənin digər fəsadlarını beynəlxalq müzakirələr gündəliyinə çıxarır. Alyansa 39 dövlət və beş müşahidəçi ölkə daxildir.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO