Nida Xəbər
Azərbaycanla İtaliya arasında sənəd imzalandı
COP29 çərçivəsində “AzərEnerji” ASC, SOCAR Trading və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında karbon kreditlərinə dair üçtərəfli sənəd imzalanıb.
Publika.az xəbər verir ki, sənədə əsasən “Ansaldo Energia” şirkəti Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 2023-cü ildə tikilərək istismara verilən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyalarında istehsal edilən sıfır emissiyalı elektrik enerjisi üzrə gələcəkdə yaradılacaq karbon kreditlərini almaq niyyətini təsdiqləyib.
Qeyd edək ki, 2024-cü ilin əvvəlində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyaları üçün karbon sertifikatlarının alınması və bununla karbon kreditləri üzrə könüllü bazarda iştirakın təmin edilməsi məqsədilə “Azərenerji” ASC və “SOCAR Trading” əməkdaşlığı çərçivəsində Qətərdə yerləşən “Global Carbon Council” qurumlarına müraciət edilib.
Qeydiyyat proseduru bitmək üzrə olan beş kiçik su elektrik stansiyasının fəaliyyəti nəticəsində il ərzində 30 min ton karbon dioksid qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulub.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bu layihə Azərbaycandan karbon kreditləri üzrə könüllü bazarda iştirak üçün müraciət edilən ilk layihələrdəndir.

-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi


































