Nida Xəbər
Ceyhun Bayramov onlarla görüşdü - Foto
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsinin icraçı direktoru Qada Vali ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüşdə transmilli cinayətkarlıq, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməkdaşlıq məsələləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov ölkəmizin müvafiq qurumları ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi arasında əməkdaşlığın, habelə COP29 çərçivəsində həyata keçirilən birgə tədbirlərdən bəhs edib.
Transmilli cinayətlərlə mübarizə üzrə təlim-tədris məsələlərinin əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə müxtəlif qurumların əməkdaşları üçün birgə layihələrin faydalı ola biləcəyi bildirilib.
Ölkəmizin COP29 sədrliyi çərçivəsində bir sıra əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyi, bu istiqamətdə iqlim dəyişikliyi və beynəlxalq sülh arasında əlaqəyə vurğu edən “Atəşkəs çağırışı”nın xüsusilə təqdirəlayiq olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində NATO baş katibinin innovasiya, hibrid və kiber məsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və NATO arasında mövcud tərəfdaşlıq məsələləri, COP29 sədrliyimiz çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ceyhun Bayramov bu il ölkəmizlə NATO arasında əməkdaşlığın əsasını qoyan “Sülh naminə Tərəfdaşlıq” Proqramının 30 illiyinin qeyd edildiyini, bu çərçivədə qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.
Tərəfdaşlığımızın 30 ili müddətində Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlarında nümunəvi iştirakı, habelə NATO çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda aktiv iştirakının ölkəmizin inamlı tərəfdaş kimi tanınmasına gətirib çıxardığı bildirilib.
COP29 sədrliyimiz çərçivəsində, həmçinin iqlim fəaliyyətinin irəlilədilməsi istiqamətində NATO ilə əməkdaşlıq etməyə hazır olduğumuz diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatında sirlər açılacaq
-
İdman25 Oktyabr 23:24Əfsanənin 180 minlik avtomobili oğurlandı - FOTO
-
Sosial25 Oktyabr 23:12Zabil Qəhrəmanov haqda qərar verildi - YENİLƏNDİ
-
Nida Xəbər 25 Oktyabr 22:36Fəzail Ağamalı belə istefa verib - VİDEO
-
Sosial25 Oktyabr 21:48Xocalıdan YENİ KADRLAR: Ermənilər Xan yadigarını bərbad hala salıblar - VİDEO
-
Magazin225 Oktyabr 21:24Qısa şort geyinib güzgü qarşısında poza verdi - FOTO/VİDEO
-
MDB25 Oktyabr 21:12Beş yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL - Körpəni dördüncü mərtəbədən atdı
-
İdman25 Oktyabr 20:48"Türkiyə klubundakı ağır vəziyyət Rusiyanın reputasiyasına təsir edəcək"













.jpg)











.jpg)









