Nida Xəbər
Azərbaycanda 760 MV-lıq maliyyə müqavilələri imzalandı
COP29 çərçivəsində “SOCAR Green” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb.
Publika.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, EBRD, ADB və AIIB tərəfindən maliyyələşdiriləcək 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin ümumi dəyərinin 670 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.
2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1,7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.
Energetika naziri Pərviz Şahbazov deyib ki, 760 MVt gücündə günəş elektrik stansiyalarının maliyyələşdirilməsi üzrə yekun razılaşma, Azərbaycanın bərpa olunan enerji sektorundakı hədəflərinə çatmaq yolunda əlamətdar bir nailiyyətdir: “Bu razılaşma, Azərbaycanın “Masdar” şirkəti ilə uğurlu tərəfdaşlığını və investorlar, beynəlxalq maliyyə qurumlarının ölkəmizə olan etimadını nümayiş etdirir. Günəş elektrik stansiyaları ölkəmizin enerji keçidini sürətləndirmək, karbon emissiyalarını azaltmaq və “yaşıl enerji” ölkəsi olmaq məqsədinə mühüm töhfə verəcək”.
“Masdar” şirkətinin icraçı direktoru Məhəmməd Cəmil Əl-Rəmahi isə bildirib ki, Azərbaycanda bu iki böyük günəş enerjisi layihəsinin maliyyələşdirilməsi ilə bağlı müqavilələr imzalamaqdan çox məmnundurlar: “Bu, Qaradağdakı ölkənin ən böyük günəş elektrik stansiyasının tamamlanmasından sonra mühüm bir addımdır. Azərbaycan bazarı bizim üçün strateji əhəmiyyət daşıyır və ölkənin ambisiyalı təmiz enerji hədəflərinə çatmasını dəstəkləməyə sadiqik".
Qeyd edək ki, cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyaların təməlqoyma mərasimi keçirilib.
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR








.jpg)



























