Nida Xəbər
Ali Məhkəmədə tədbir keçirildi - FOTO
Noyabrın 16-da Azərbaycan Respublikasının Ali Məhkəməsində “Çirklənmə, təbiət və su: Hakimlərin iqlim dəyişikliyinə dair qlobal dialoqu” mövzusunda tədbir keçirilib.
Bu barədə Publika.az-a Ali Məhkəmədən məlumat verilib.
Tədbirdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Braziliya Ali Məhkəməsinin sədri Antonio Herman Benjamin, Belçika Konstitusiya Məhkəməsinin və Avropa İttifaqının Ətraf Mühit üzrə Hakimlər Forumunun sədri, hakim Luk Lavrysen, BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Qada Vali, o cümlədən Pakistan, İndoneziya, Nepal, Hindistan və digər ölkələrdən olan hakimlər iştirak ediblər.
Qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın bu gün COP29 kimi mötəbər bir beynəlxalq konfransa ev sahibliyi etməsi qürurverici haldır.
Qeyd edilib ki, iqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir etdiyi üçün təkcə ekoloji və sosial-iqtisadi deyil, həm də hüquqi problemdir. Bildirilib ki, fəaliyyətləri bir-biri ilə əlaqəli olan hüquqşünaslar iqlim dəyişikliyi ilə mübarizədə qanunvericilik bazasının möhkəmləndirilməsində, məhkəmə təcrübəsinin formalaşdırılmasında və qabaqlayıcı tədbirlərin görülməsində mühüm rol oynayırlar. Hüquq institutları təkcə ekoloji cinayətlərlə mübarizədə deyil, həm də ətraf mühitin mühafizəsi üçün qanunvericiliyin təkmilləşdirilməsində fəal iştirak edirlər. Hakimlər arasında iqlim dəyişikliyi ilə bağlı aparılan müzakirələrin ədalət mühakiməsinin səmərəliliyinə mühüm töhfə verəcəyi vurğulanıb.
Sonra Braziliya Ali Məhkəməsinin sədri Antonio Herman Benjamin çıxış edərək qeyd edib ki, iqlim dəyişikliyi təbiətdə xüsusən su hövzələrinə təsir edir, quraqlıqlığın yaranmasına gətirib çıxarır. Ətraf mühiti hakimsiz qorumağın mümkün olmadığı xüsusi vurğulanıb. Ona görə də bu müzakirələrin təşkil edilməsində məqsədin iqlim dəyişikliyi ilə mübarizəyə hakimləri də cəlb etməkdən ibarət olduğu bildirilib.
BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Qada Vali çıxışında ətraf mühitə təsir edən, qanunun aliliyini pozan hərəkətlərin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, iqlim ədaləti planeti qorumaq üçün lazımdır və bu istiqamətdə beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Belçika Konstitusiya Məhkəməsinin və Avropa İttifaqının Ətraf Mühit üzrə Hakimlər Forumunun sədri Luk Lavrysen isə dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə sahəsində götürdükləri öhdəliklər və bu istiqamətdə məhkəmə təcrübəsini vurğulayıb. Bildirilib ki, yetərsiz iqlim insan hüquqlarının pozulmasına səbəb olur. Beynəlxalq öhdəliklər kontekstində iqlim dəyişikliyi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi və bu sahədə çıxarılan məhkəmə qərarlarının icrasına xüsusi nəzarətin vacibliyi diqqətə çatdırılıb.
Daha sonra tədbir panel müzakirələrlə davam etdirilib.
-
Magazin119:12
Gülyaz və Gülyanağa bu şəhərdə EV BAĞIŞLADILAR
-
Sosial19:00
Emin Xəzər dənizində “yaşıl şəhər” tikəcək - FOTO
-
İdman18:48
Fatih Terim: "Qurban Qurbanovu daim izləyirəm"
-
İdman18:24
Azərbaycan Estoniya ilə üz-üzə - CANLI
-
Rəsmi xronika16:33
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verdi
-
Nida Xəbər 15:50
Azərbaycanlı müğənninin ölüm xəbəri yayıldı: Beyninə qan sızıb... - FOTO
-
MDB15:34
“Brilyant əl”in ulduzu öldü - O, sovet dövrünün seks-simvolu sayılırdı
-
İqtisadi gündəm14:55
Bu sahələrdə çalışanlar daha çox maaş alır