Nida Xəbər
COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olundu - Yeniləndi
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub.
Publika.az xəbər verir ki, Milli Məclisin deputatı Soltan Məmmədov sənəd barədə məlumat verib. S.Məmmədov qeyd edib ki, COP29 parlament sessiyası üçün layihə sənədi COP27 və COP28 çərçivəsində keçirilmiş parlament sessiyalarının yekun sənədləri, həmçinin Parlamentlərarası İttifaqın 148-ci assambleyasında qəbul edilmiş qətnamə layihəsi üzrə müzakirələr, son illərdə keçirilmiş COP sessiyalarının gündəliyi əsasında hazırlanıb: “Sənədin ilkin versiyası hazır olduqdan sonra müxtəlif ölkələrdən təkliflər və rəylər aldıq. İyun ayında layihə sənədini Parlamentlərarası İttifaqın COP29-a hazırlıq iclasında yenidən müzakirə etdik. Layihə Parlamentlərarası İttifaqın katibliyi tərəfindən yenidən həmkarlarımıza göndərildi. Yeni təkliflər və ideyalar təqdim edildi. Parlamentlərarası İttifaqın 149-cu sessiyası zamanı çox məhsuldar müzakirələr apardıq”.
Milli Məclisin deputatı bildirib ki, sənəd hazırlanarkən bütün ideyalar, şərhlər və rəylərin mümkün qədər nəzərə alınması üçün işlər görülüb. Sənəddə əks olunan müddəalar yalnız parlamentarilərin fikirlərini əks etdirən tövsiyələrdir. “Ümid edirəm ki, bütün həmkarlarımızın mövqelərini tam və ya qismən əks etdirən layihə təqdim edə bilmişik. Yəqin razılaşarsınız ki, təşkilatın hər bir üzvünün fikirlərini tam əks etdirən sənədə nail olmaq, demək olar ki, qeyri-mümkündür. Yalnız onu deyə bilərəm ki, COP29-un ümumi məqsədlərinə və məsuliyyətimizə uyğun işləməyə çalışmışıq”, - deyə o əlavə edib.
***
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günü başlayıb.
Publika.az xəbər verir ki, tədbir çərçivəsində "İqlim həssaslığını həll edilməsi: İqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi" adlı sessiyası baş tutur. Bu sessiya iqlim dəyişikliyinin real həyatdakı təsirləri haqqında əldə edilən məlumatlara əsaslanaraq, parlamentarilərə kiçik ada dövlətləri, dağlıq və dənizə çıxışı olmayan ölkələr kimi müxtəlif ölkələrin özünəməxsus həssaslıqlarının necə həll edilməsi barədə daha dərindən araşdırma aparmaq imkanı verəcək. Bu kontekstlərdə dayanıqlı inkişaf üçün vacib olan təbiət və biomüxtəliflik kimi mühitlərin bəzi mühüm xüsusiyyətlərini və onların iqlim dəyişikliyinin həlli üçün necə qorunub istifadə edilə biləcəyi müzakirə ediləcək. Sessiya həmçinin iqlim dəyişikliyi ilə bağlı nəsillərarası dialoqu təşviq edəcək.
Qeyd edək ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatıldığı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edir.
-
İqtisadi gündəm09:23Açıqlandı: Gələn ildən pensiya kapitalı bu qədər artırılacaq
-
Hadisə08:49Səngəçalda dağlıq ərazidə köməksiz qalan şəxs belə xilas edildi - Video
-
Magazin207:35Bu görüntüləri yayıb reytinqli serialdan çıxdığını elan etdi - FOTO
-
MDB06:46Sosial mediada LGBT bayrağı paylaşdığı üçün həbs olundu
-
Sağlamlıq06:16Xurmadakı TƏHLÜKƏ: Kimlər uzaq durmalıdır?
-
Qoroskop01:40Günün ulduz falı: Hisslərinizi ifadə etməkdən çəkinməyin!
-
İdman00:35“El-klasiko”da dava - VİDEO
-
Magazin226 Oktyabr 22:44Castinlə Keti ilk dəfə əl-ələ ictimaiyyət qarşısında - Fotolar


































.jpg)


