Nida Xəbər
COP29-da iqlim dəyişikliyi ilə bağlı müzakirə
COP29 çərçivəsində Azərbaycan pavilyonunda “İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” mövzusunda tədbir keçirilib.
Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən müzakirələrdə Bioloji Müxtəliflik üzrə Konvensiyanın, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası Biomüxtəliflik Mərkəzinin (ASEAN), Su-bataqlıq Əraziləri üzrə Konvensiyanın (Ramsar Konvensiyası), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu (WWF) Azərbaycan ofisinin və digər təşkilatların nümayəndələri iştirak edib.
Məqsəd iqlim dəyişikliyi və biomüxtəliflik arasında əlaqə, bu sahədə inteqrasiya olunmuş yanaşmalarla həll yollarının araşdırılması və effektiv nəticələrin əldə olunması istiqamətində müzakirələrin aparılması olub .
Tədbirdə iqlim dəyişmələrinin təbii ekosistemlərə mənfi təsirinin azaldılması üçün ölkəmizdə həyata keçirilən fəaliyyətlər, əsas prioritet sahələrdən olan meşə ekosisteminin qorunması, bərpası, yeni yaşıllıqların salınması, bitki və heyvan növlərinin mühafizəsi, bərpası sahəsində görülən işlər barədə məlumat verilib.
İqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması üzrə ən yaxşı təcrübələr dinlənilib, iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında əsas rol oynayan təbii ekosistemlərin qorunması və bərpası strategiyaları, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, təcrübə və fikir mübadiləsi aparılıb.
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa8 Sentyabr 20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO




















.jpg)




.jpg)




.png)




