Nida Xəbər
Azərbaycanla Gürcüstan arasında siyasi məskəhətləşmələr aparıldı
Dekabrın 2-də Tbilisidə Azərbaycan və Gürcüstanın xarici işlər nazirlikləri arasında növbəti məsləhətləşmələr keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, məsləhətləşmələrə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Gürcüstan nümayəndə heyətinə isə Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Qiorqi Tabatadze rəhbərlik edib.
Tədbirdə Azərbaycan Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, hər iki ölkənin xarici siyasət qurumunun məsul əməkdaşları, həmçinin Azərbaycan Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin, Gürcüstanın Ədliyyə və Daxili İşlər nazirliklərinin rəsmiləri iştirak ediblər.
Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması barədə fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirələr keçirib, yaranmış çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.
Azərbaycan ilə Gürcüstan arasında ədliyyə, miqrasiya, təhsil, humanitar, sosial müdafiə və digər vacib sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılaraq, müvafiq sahələr üzrə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin vacibliyini vurğulayıblar.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:57"Sabah" - "Borussiya" oyununda hesab açıldı - YENİLƏNİR
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq







.jpg)


.jpg)












.jpg)


.jpg)






