Nida Xəbər
135 ölkədə fəaliyyət göstərən kiberqruplaşma ifşa olundu
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (Xidmət) daxil olan kiber insidentin araşdırılması zamanı 135 ölkədə faəliyyəti olan kiberqruplaşmanın izinə düşüb.
Publika.az xəbər verir ki, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilməklə zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilmişdir. Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 135 ölkədə 270741 kompüteri yoluxdurduğu aşkar edilmişdir. Sözügedən hədəflərin 7790-ı Azərbaycan Respublikasına məxsus kompüterlər olmuşdur. Ölkə üzrə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olmuşdur. İnformasiya təhlükəsizliyinin təmini məqdəsilə Xidmət tərəfindən dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilmişdir.
Bunula yanaşı, Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olmuşdur.
Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi informasiya təhlükəsizliyinin təminatı üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antivurslardan istifadə etməyi tövsiyə edir.
-
Yaxın Şərq01:35
Qəzzada atəşkəs razılaşması bu tarixdə qüvvəyə minəcək
-
Qoroskop00:55
Günün qoroskopu: bu qərarlar sizə qazanc gətirə bilər
-
Yaxın Şərq00:15
Atəşkəs razılaşması Qəzzada böyük coşqu ilə qarşılandı - VİDEO
-
Nida Xəbər 15 Yanvar 22:56
Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı
-
İdman15 Yanvar 22:20
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşdi
-
MDB15 Yanvar 20:45
Moskvadan uçan təyyarədə bomba həyəcanı
-
Magazin115 Yanvar 19:45
Çimnaz Sultanova vəfat etdi
-
İKT15 Yanvar 19:35
"Instagram"da problem yarandı