Nida Xəbər
Diplomatik xidmət orqanlarında vəzifələrin siyahısı genişləndirilə bilər
Diplomatik xidmət orqanlarında vəzifələrin siyahısı genişləndirilə bilər.
Publika.az xəbər verir ki, bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, diplomatik xidmət orqanlarında aşağıdakı diplomatik vəzifələr mövcuddur:
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda):
- orqanın (qurumun) rəhbəri;
- orqanın (qurumun) rəhbərinin müavini;
- xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi;
- idarə rəisinin müavini;
- müşavir;
- şöbə müdiri;
- birinci katib;
- ikinci katib;
- üçüncü katib;
- attaşe.
Diplomatik nümayəndəlikdə:
- fövqəladə və səlahiyyətli səfir, təmsilçilik ofisinin rəhbəri, daimi nümayəndə, nümayəndə;
- səfirin müavini, daimi nümayəndənin müavini;
- müşavir-elçi;
- müşavir;
- birinci katib;
- ikinci katib;
- üçüncü katib;
- attaşe, maliyyə məsələləri üzrə attaşe.
Konsulluqda:
- baş konsul;
- konsul;
- vitse-konsul;
- konsul agenti, maliyyə məsələləri üzrə attaşe.
Layihədə qeyd olunub ki, Azərbaycanın fəxri konsulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilir və diplomatik xidmətdə hesab olunmur.
Fəxri konsul Azərbaycanın, qəbul edən dövlətin və ya üçüncü dövlətin vətəndaşı ola bilər. Fəxri konsulun hüquqi vəziyyəti və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Xatırladaq ki, "Diplomatik xidmət haqqında" qüvvədə olan qanuna əsasən, diplomatik nümayəndəliklərdə və konsulluqlarda işləyən diplomatik xidmət əməkdaşları üçün 10 vəzifə təsdbit edilmişdi.
-
Nida Xəbər 14:33Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi
-
Dünya13:18Minlərlə hesab bağlanır: Sosial media haqqında qanun layihəsi təsdiqləndi
-
Yaxın Şərq13:00Rusiya qoşunlarını Qamışlıdan çıxarır - Gözlənilməz addım
-
Dünya11:50Zəlzələ ilə bağlı qorxulu xəbərdarlıq: Bu bölgələr yüksək risk altındadır
-
Nida Xəbər 11:37Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 11:27Bank kartlarına qanunsuz müdaxilələr - DİN və Mərkəzi Bank razılığa gəldi
-
İdman11:15“Real”ın yeni baş məşqçisinin ilham pərisi - FOTOLAR
-
İqtisadi gündəm10:39İki BOKT-un vəzifəli şəxsi cərimələndi






.jpg)







.jpg)
.png)



.jpg)















