Nida Xəbər
Heydər Əliyev Fondu Ruanda məktəbini içməli su ilə təmin etdi - FOTO
Heydər Əliyev Fondu əksər Afrika ölkələri üçün bir nömrəli problem olan – içməli su ilə təchiz məsələsinə öz töhfəsini verib.
Publika.az xəbər verir ki, Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Ruandanın Şərq əyalətinin administrativ mərkəzi Rvamaqana şəhər məktəbi içməli su ilə təchiz edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri zamanı Rvamaqana şəhər məktəbində olub.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb binasının yerləşdiyi ərazidə su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib. Bundan əvvəl sakinlər tələbatlarını təmin etmək üçün yağış suyundan asılı vəziyyətdə olublar.
Məktəblə tanışlıq zamanı şagirdlər Azərbaycan haqqında daha geniş məlumat əldə edib, ölkəmizin ənənəvi təamlarını dadıblar.
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Maliyyə məsələlərində riskdən çəkinin
-
Hadisə00:07
Azərbaycan-İran sərhədində ZƏLZƏLƏ
-
İdman12 Yanvar 22:24
Türk ulduz "Arsenal"a qarşı oyunda şou göstərdi - VİDEO
-
Hadisə12 Yanvar 22:12
Sumqayıtda avtomobildə yanaraq ölən şəxs oğru olub? - İDDİA / VİDEO
-
Magazin112 Yanvar 22:00
Orxan Rəşad Dağlı ilə bağlı ƏHDİNİ POZDU: "etmərəm" dediyi şeyi etdi - VİDEO
-
MDB12 Yanvar 21:24
Sankt-Peterburqun ən qədim univermağında YANĞIN - İnsanlar təxliyə edildi
-
Səhiyyə12 Yanvar 21:00
Epilepsiya beyin sağlamlığını görün necə MƏHV EDİR
-
Magazin212 Yanvar 20:48
2024-ün ən çox qazananları... - FOTO