Nida Xəbər
Hər zaman Azərbaycanın yanındayıq - Maka Botçorişvili
Gürcüstan hər zaman Azərbaycanın yanındadır.
Azərbaycan Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, bunu Gürcüstan xarici işlər naziri Maka Botçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı deyib.
O, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı diləklərini çatdırıb, dost Azərbaycan xalqına səbr diləyib. Bu faciəvi gündə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu vurğulanıb.
Ceyhun Bayramov baş sağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəstəyə görə dost Gürcüstan tərəfinə təşəkkür edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
-
Digər11:56Maşın zəvvarlara çırpıldı - 15 ölü 40 yaralı var
-
MDB10:32Rusiya səmasında gərgin gecə: Rekord sayda dron hücumu dəf edildi
-
Avropa10:13Müharibə həyəcanı Baltikyanı ölkələrə çatdı: Əhaliyə "Sığınacaqlara girin" əmri verildi!
-
Avropa09:55Hava limanında müəmmalı insident: Uçuşlar dayandırıldı, polis axtarışlara başladı - FOTO
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı










.jpg)



























