Nida Xəbər
Bakı tələb edir: Rusiya təyyarəni vurduğunu etiraf etməlidir - VİDEO
Azərbaycan hakimiyyəti Rusiyanın “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsini vurduğunu etiraf etməsini gözləyir.
Publika.az xəbər verir ki, bu barədə "Reuters"-ə hakimiyyət orqanlarındakı mənbələr bildiriblər.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, təyyarə Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurulub. Eyni zamanda, Mahaçqala hava limanı da enişə icazə verməyib. Buna görə də xilasetmə əməliyyatı üçün sürətli eniş mümkün olmayıb.
“Heç kim bunun qəsdən edildiyini iddia etmir, lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurduğunu etiraf edəcəyini gözləyir”, - mənbə bildirib.
“Reuters”in təhqiqatla tanış olan azərbaycanlı mənbələrindən biri nəşrə bildirib ki, ilkin nəticələr təyyarənin Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu göstərib. Mənbə qeyd edib ki, Qroznıya yaxınlaşarkən təyyarənin dispetçerlərlə əlaqəsi elektron döyüş sistemləri tərəfindən iflic olub.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Göyərtədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb. İlkin məlumata görə, təyyarə Qroznı üzərində “Pantsir” raketinin hədəfinə tuş gəlib.
Akqabay
-
Sosial22:42DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq
-
Hadisə20:42Şamaxıda PARTLAYIŞ oldu: xəsarət alan var - VİDEO
-
Sosial19:37Saxta kredit və kampaniya təklifləri ilə bağlı XƏBƏRDARLIQ
-
Magazin118:48Nəsrindən Yeni il fotosessiyası
-
Hadisə18:36Bakıda doqquzmərtəbəli binada YANĞIN: Tüstüdən zəhərlənən var
-
Sosial16:15Minlərlə insan bayram günü buna görə qazsız qalıb
-
Nida Xəbər 15:45Adnan Əhmədzadənin sərvəti açıqlandı
-
Sosial14:16Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar

















.jpg)











.jpg)






