Nida Xəbər
Bayramov Fidanla qəzadan danışdı
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Bu barədə Publika.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı, regional və beynəlxalq təhlükəsizlik, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Hakan Fidan ölkəmizin sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha Türkiyə dövləti və xalqının başsağlığını ifadə edib, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb. Türkiyənin qardaş Azərbaycanla hər zaman həmrəy olduğu, habelə mümkün dəstəyin göstərilməsinə daim hazır olduğu diqqətə çatdırılıb.
Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən davamlı dəstək və həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.
Tərəflər, həmçinin Yaxın Şərqdə, o cümlədən Suriya ətrafında mövcud vəziyyəti müzakirə ediblər. Ölkəmizin Suriyada humanitar yardım niyyəti müzakirə olunub.
Danışığı zamanı habelə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri və planları nəzərdən keçirilib.
Telefon danışığı çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Bu günün havası
-
Magazin206:16“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”
-
İdman05:15İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
-
ABŞ02:12Tramp ABŞ Kosmik Qüvvələrinin formasını nümayiş etdirdi - FOTO
-
Sağlamlıq01:41Saqqızı udduqda nə baş verir? - “Mədədə illərlə...”
-
Magazin100:45Brilliant Dadaşovanın arxiv fotoları yayıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda kiçik incikliklər ola bilər
-
Nida Xəbər 6 Sentyabr 23:36Şükür Həmidov və Mais Bərxudarovun döyüşlərdən yeni görüntüləri yayıldı - VİDEO






























.png)




