Nida Xəbər
Azərbaycanın təyyarə faciəsi ilə bağlı Rusiyadan 3 tələbi var - Prezident AÇIQLADI
Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.
"Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək", - deyə Prezident qeyd edib.
-
MDB04:30"Qiyamət radiosu" bir gündə 4 mesaj yaydı
-
Qoroskop01:40Günün ulduz falı: Maddi qərarlarda tələsmək məsləhət deyil
-
Nida Xəbər 15 Dekabr 22:54"Ramiz Mehdiyevin ardınca iki yüksək vəzifəli şəxs də həbs olunacaq" - Zirəddindən PROQNOZ
-
Region15 Dekabr 22:40Türkiyənin hava məkanını pozan PUA VURULDU
-
Nida Xəbər 15 Dekabr 22:28Bəylər Eyyubovun general qardaşı oğlu İŞDƏN ÇIXARILDI
-
Elm və təhsil15 Dekabr 21:47Nazir açıqladı: Bəzi məktəblər distant təhsilə keçə bilər
-
Sosial15 Dekabr 20:42“Şərurlu İsfəndiyar”ın geyimi gündəm oldu, qiyməti şok etdi - Azərbaycanda yoxdur
-
Magazin115 Dekabr 19:55Emin Ağalarov ad günündən görüntülər paylaşdı - VİDEO











.jpg)












.webp)
.jpg)










