Nida Xəbər
Sahil Babayevdən ilk xəbərdarlıq: Bu şəxslər...

Xəbər verdiyimiz kimi, maliyyə naziri vəzifəsinə təyin olunmuş Sahil Babayev fevralın 7-də kollektivə təqdim olunub.
Publika.az Modern.az-a istinadən xəbər verir ki, Sahil Babayev Maliyyə Nazirliyinin Aparatında kollektivlə ilk iclasını keçirib.
O, hazırda Maliyyə Nazirliyində çalışan kadrlarla yola davam etmək istədiyini bildirib. O, köhnə komandadan işinə məsuliyyətlə yanaşan heç kimin vəzifədən azad edilməyəcəyinə söz verib. Yeni nazir işə can yandırmayanlarla yolları ayırmalı olacaqlarını da qeyd edib.
Xatırladaq ki, Sahil Babayev fevralın 6-da əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək, maliyyə naziri postuna təyin olunub.
Maliyyə Nazirliyindəki hazırkı heyət keçmiş maliyyə naziri Samir Şərifovun vaxtında formalaşıb. Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad olunub və Baş nazirinin müavini təyin edilib.

-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi
-
Sosial13:00
Sabah yağış intensivləşəcək, dolu düşəcək
-
İqtisadi gündəm11:15
Azərbaycan nefti bahalaşdı
-
Kriminal10:10
Azər Səricanovun oğlu həbs olundu