Nida Xəbər
Putin Azərbaycana qarşı hansı siyasətə üstünlük verəcək? - "Rəsmi Bakı bunu cavabsız qoymayacaq"

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin son müsahibəsində deyib ki, Rusiya Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirmək planlarını rədd edir. “Biz bölgəni xaosdan qorumaq və onu əməkdaşlıq və tərəqqi zonasına çevirmək üçün əlimizdən gələni edəcəyik” deyən Qaluzin bunun Rusiyanın köklü marağına cavab verdiyini vurğulayıb.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Qaluzinin sözlərinin tam əksi müşahidə edilir:
“Rusiya Azərbaycanla münasibətləri gərginləşdirməklə özü bölgədə xaos yaradır. Kremlin Cənubi Qafqazın aparıcı dövləti ilə münasibətləri gərginləşdirməsi, mövcud vəziyyətdən çıxış yolları axtarmaması düşünülmüş planın tərkib hissəsinə oxşamağa başlayıb. Rusiya Prezidenti Vladimir Putin gərginliyə anında son verə bilər, ancaq görünür, o, bunu istəmir. Türkiyə bir neçə il əvvəl onun hava sərhədini pozan Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki dövlət bir müddət küsülü qaldı. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarına üzrxahlıq məktubu göndərdi və iki dövlət arasında normallaşma bərpa olundu.
İndi eynisini Putin Azərbaycana münasibətdə eləmək istəmir. Belə olan halda Putin Azərbaycana qarşı təzyiq siyasətinə üstünlük verəcək, bu proses artıq qara təbliğat vasitəsilə başlayıb. Rəsmi Bakı bunu cavabsız qoymayaraq adekvat addımlar atır. Rusiya Prezidenti Böyük Vətən müharibəsinin bitməsinin 80 illiyi ilə bağlı 9 mayda Moskvada keçiriləcək tədbirə Ermənistanın baş naziri Nikol Paşinyanı dəvət edib. Rusiyaya tərəfdaş olan ölkələrin liderlərinin bir qismi də dəvətlidir. Münasibətlərin indiki vəziyyətində Azərbaycan Prezidentinin tədbirdə iştirakı mümkün deyil”.

-
Rəsmi xronika11:30
Prezident fərman imzaladı
-
Sosial11:20
İki aydır qərar verilib: İş saatları nə vaxt dəyişdiriləcək?
-
Müsahibə10:20
Azərbaycanı tanımaq üçün gəldi, kürəkənimiz oldu: Bələdçilikdən dostluğa, dostluqdan sevgiyə - FOTOLAR
-
Hadisə09:10
Qəbələdə yaşayış binasında YANĞIN: sakinlər təxliyə edildi
-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub