Nida Xəbər
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekun protokolunu təsdiqləyib.
Publika.az xəbər verir ki, protokolu komissiyanın bütün üzvləri imzalayıblar.
İlkin nəticələrə əsasən, bələdiyyə seçkilərində seçici fəallığı 31,45 faiz olub. MSK ümumilikdə 27 seçki məntəqəsində nəticələri ləğv edib. Beləliklə, həmin seçki məntəqələrində səsvermənin nəticələrinin ləğvindən sonra yekun seçici fəallığı 31,42 faiz qiymətləndirilib.
***
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.
Publika.az xəbər verir ki, iclasda bələdiyyə seçkilərinin ümumi yekunları ilə bağlı məlumat veriləcək və təsdiqlənəcək.
Qeyd edək ki, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçkilərin yekunlarının yoxlanılması və təsdiqi Seçki Məcəlləsinə uyğun olaraq səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni 2025-ci il fevralın 18-dək başa çatdırılmalıdır.
Seçkilərin yekunlarının elan edilməsi isə qanunvericilikdə göstərildiyi kimi, seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində, yəni 2025-ci il fevralın 23-dək həyata keçirilməlidir.
Hər iki prosedur üzrə məsul qurum Mərkəzi Seçki Komissiyasıdır.
Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.

-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
-
Qoroskop00:15
Günün qoroskopu: İşdə yeni imkanlar və təkliflər sizi sevindirəcək
-
Dünya14 Mart 23:45
Bu məsələ dostları qarşı-qarşıya qoyur - Hakan Fidan
-
Magazin114 Mart 23:00
Qadınlar alimentə görə boşanır deyənlər... - Aytən Səfərovadan sərt sözlər
-
İdman14 Mart 22:46
Palmerin sevgilisi ilk dəfə danışdı: Gözü üzərimdə idi – Fotolar