Nida Xəbər
Tramp Azərbaycanda işləmiş şəxsi onunla əvəzlədi - Məqsədi nədir?

ABŞ Prezidenti Donald Tramp hind əsilli ekspert Pol Kapuru dövlət katibinin Cənubi Asiya üzrə müavini vəzifəsinə irəli sürüb. Pol Kapur yeni vəzifəsində Donald Lunu əvəz edəcək. Donald Lu vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində də çalışıb, təxminən bir il ərzində səfiri əvəz edib, müvəqqəti işlər vəkili olub. Donald Lunun hazırki vəzifədə səlahiyyət müddəti 17 yanvar 2025-ci ildə bitib.
Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O, yeni təyinatın nədən xəbər verdiyini belə izah edib.
"Pol Kapur Cənubi Asiya üzrə mütəxəssis sayılır. O, məşhur Stenford Universitetinin nəzdindəki Huver İnstitutunun aparıcı əməkdaşıdır. Onun təhqiqat sahəsinə Əfqanıstan, Banqladeş, Butan, Hindistan, Qazaxıstan, Maldiv, Nepal, Pakistan, Şri-Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. Kapur 2020-2021-ci illərdə Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya, o cümlədən Hind-Sakit okean bölgəsi, ABŞ-Hindistan münasibətlərinin siyasətini müəyyənləşdirən planlaşdırma şöbəsində çalışıb. Kapur ABŞ Müdafiə Nazirliyi üçün də bu mövzularda hesabatlar hazırlayıb. Maraqlıdır ki, Tramp hind əsilli ekspertin mühüm vəzifəyə namizədliyini Hindistanın Baş naziri Narendra Modi ilə görüşdən sonra irəli sürüb. Pol Kapur ABŞ-ın Hindistanla sıx tərəfdaşlığını dəstəkləyir, Pakistanın siyasətinə isə münasibəti tənqididir. Bu baxımdan Kapurun dövlət katibi və prezident üçün hazırlayacağı hesabatlar ABŞ-Pakistan münasibətlərinə təsir edə bilər.
Yeni təyinat ondan xəbər verir ki, Tramp administrasiyası Cənubi və Mərkəzi Asiya bölgəsi ilə əməkdaşlığa diqqəti azaltmayacaq. Dövlət katibinin bölgə üzrə keçmiş müavini Donald Lu tez-tez bölgəyə səfər edərək, Mərkəzi Asiya ölkələrinin ABŞ-la müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını araşdırırdı. Məhz Donald Lunun təklifi ilə dəyəri 25 milyon dollar olan “Mərkəzi Asiya İqtisadi Davamlılıq Təşəbbüsü” irəli sürülmüşdü. Aydındır ki, Donald Tramp bu cür layihələri maliyyələşdirməyəcək. Eyni zamanda dövlət katibinin yeni müavini Pol Kapur ABŞ-ın bölgədə maraqlarının təmin edilməsi və Amerikaya gəlir gətirəcək ortaq layihələrin reallaşdırılması imkanlarını araşdıracaq. Bu çərçivədə Tramp administrasiyasının Cənubi və Mərkəzi Asiya ölkələrinə hərbi texnika satışı da mümkündür.
Vaşinqton Pol Kapur vasitəsilə Çini Cənubi və Mərkəzi Asiyada sıxışdırmaq üçün yollar arayacaq".

-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
-
Qoroskop00:15
Günün qoroskopu: İşdə yeni imkanlar və təkliflər sizi sevindirəcək
-
Dünya14 Mart 23:45
Bu məsələ dostları qarşı-qarşıya qoyur - Hakan Fidan
-
Magazin114 Mart 23:00
Qadınlar alimentə görə boşanır deyənlər... - Aytən Səfərovadan sərt sözlər
-
İdman14 Mart 22:46
Palmerin sevgilisi ilk dəfə danışdı: Gözü üzərimdə idi – Fotolar