Nida Xəbər
Hüseynbala Mirələmovun oğlu bələdiyyə üzvü seçildi

Milli Məclisin keçmiş deputatı, yazıçı, professor Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmov Yasamal Bələdiyyəsinin üzvü seçilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, o, səsvermədə 21621 seçicinin səsini qazanıb.
F.Mirələmov bu göstərici ilə Yasamal Bələdiyyəsi üzrə beşinci yeri tutub.
Keçmiş deputatın övladının namizədliyini hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
F.Mirələmov əvvəllər daxili işlər orqanlarında çalışıb. O, nazirliyin Baş İstintaq İdarəsinin müstəntiqi olub. Hazırda təqaüddədir.
Qeyd edək ki, Fuad Mirələmovun atası Hüseynbala Mirələmov III, IV və V çağırış Milli Məclisin deputatı olub. O, 1992-2021-ci illərdə YAP-ın Xətai rayon Təşkilatının sədri vəzifəsini tutub.

-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO
-
MDB09:12
Daha bir generala qarşı cinayət təqibi başladı: Nədə ittiham olunur?
-
Nida Xəbər 08:43
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Avropa07:47
Putin-Tramp danışıqlarından sonra Ukrayna PUA hücumlarına məruz qaldı
-
Sosial02:12
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə vəhşicəsinə döyülüb? - İDDİA
-
Avropa01:41
Zelenskidən Tramp-Putin razılaşmasına İLK REAKSİYA: "Əmr verdilər ki..."
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Sürpriz hadisələr baş verə bilər
-
MDB18 Mart 23:00
Televizorun pultu ilə sevgilisini ŞİKƏST ETDİ