Nida Xəbər
Bu ermənilər də cinayət məsuliyyətinə cəlb edilməlidir

Ermənistan ərazisində Azərbaycan xalqına qarşı insanlıq əleyhinə hərbi cinayətlər törətmiş elə şəxslər var ki, onların da cinayət məsuliyyətinə cəlb edilməsi həyata keçirilməlidir.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O Ermənistan tərəfinin hər hansı qətnamələrlə Azərbaycanın iradəsinə təsir göstərilməsinin mümkünlüyünə dair düşüncələrində yanıldığını bildirib:
"Ermənistan və onun havadarları bu düşüncələrində yanılırlar. Eyni zamanda təzminat məsələsi də müzakirə mövzusudur. Cənab Prezidentin tapşırığı əsasında Azərbaycanın aidiyyəti qurumları tərəfindən Ermənistanın 30 illik işğalı dövründə şəhərlərimizin, kəndlərimizin dağıdılması nəticəsində vurulmuş zərər, maddi-mədəni irsimizin dağıdılması və talan edilməsinin çox dəqiq, müfəssəl və müasir metodlarla qiymətləndirilməsi aparılıb. Bu məsələ də ayrıca bir müzakirə mövzusudur ki, regionda tam əhatəli, əsaslı bir sülh təmin edilmiş olsun".

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır