Zakir Həsənov “Baykar” şirkətinin baş direktoru ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Zakir Həsənov “Baykar” şirkətinin baş direktoru ilə görüşdü

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.

Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, səmimi dialoq çərçivəsində keçirilən görüşdə hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi vurğulanıb.
Görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda müdafiə naziri H.Bayraktarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm