Baş nazir: "Ərzaq təhlükəsizliyinə 500 milyona yaxın pul xərclənib"
Bizi izləyin

Nida Xəbər

Baş nazir: "Ərzaq təhlükəsizliyinə 500 milyona yaxın pul xərclənib"

"Ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487,4 mln. manat vəsait ayrılmışdır".

Publika.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 14-də Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.

Naziir bildirib ki, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli, torpaq ekosisteminin mühafizəsi hökumət qarşısında duran mühüm çağırışlardan biridir:

"Ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyə təminatı üçün 540 mln. manat məbləğində vəsait yönəldilmişdir. Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 453 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılmışdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm