Nida Xəbər
Sülh müqaviləsində Azərbaycan və Ermənistan ərazilərinin miqyası göstərilib?

Ermənistan və Azərbaycanın ərazilərinin miqyası sülh müqaviləsinin mətnində göstərilməyib.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında bildirib.
Lakin onun sözlərinə görə, ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında bənd qeydə alınıb.
“Tərəflər sülh müqaviləsinin mətnində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır, lakin kvadrat kilometrdən söhbət getmir”, - nazir “Hayastan” fraksiyasının deputatı Levon Köçəryanın sualına cavabında deyib.
Mirzoyan hesab edir ki, təbii ki, problemlər var, lakin bu riskləri idarə etməyin yeganə yolu danışıqlar və sülh quruculuğudur. Bu baxımdan o, əmindir ki, razılaşma tamamilə Ermənistanın maraqlarına uyğundur.
Tural

-
Region14:57
İmamoğludan yeni mesaj: xalqa səslənərək elan etdi
-
Region14:19
Ədalət dəyənəyi ilə İmamoğluya hücum edirlər - Özgür Özəl
-
Hadisə13:59
Əli Kərimlinin mühafizəçisi saxlanıldı
-
Dünya13:22
İstanbulda etirazçılar bələdiyyə binasına girdilər - ANBAAN VİDEO
-
Avropa11:20
Leyen uğursuzluğa düçar oldu: ABŞ onun çıxışlarına məhəl qoymur
-
Dünya10:20
Papadan xəbər var: müqəddəs taxt-tacdan imtina...
-
Sosial09:55
Tanışınız, dostunuzun nömrəsindən mesaj gələ bilər... - DİN-dən xəbərdarlıq
-
Dünya07:55
İsrailin ən böyük hava limanına ballistik raket atıldı