Nida Xəbər
Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Publika.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Valentina Matviyenkonu salamlayaraq, onun ölkəmizə səfərinin ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri qəbula və qonaqpərvəliyə görə Birinci vitse-prezidentə təşəkkürünü bildirib.
Qonaq ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığı qeyd olunaraq ikitərəfli mədəni-humanitar əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

-
Art22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Hadisə18:30
Şadlıq sarayında 55 nəfərin zəhərlənməsinin səbəbi bilindi
-
Sosial17:53
İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
-
MDB17:02
Ruslardan Türkiyə ilə bağlı QORXULU ANONS: Ara qarışacaq, işıqlar sönəcək
-
Nida Xəbər 15:27
Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?
-
Elm və təhsil14:38
DİM imtahanların başlama vaxtını dəyişdi
-
İdman13:12
"Qalatasaray"ın sabiq ulduzu bu gözəldən ayrıldı - FOTOLAR
-
Sosial12:48
Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA