Nida Xəbər
Leyla Əliyeva Dağ Yəhudiləri Muzeyini ziyarət etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət edib.
Publika.az xəbər verir ki, muzeyin direktor müavini Naum Naftaliyev Leyla Əliyevaya bu mədəniyyət ocağı barədə məlumat verdi.
Qeyd edildi ki, bura dünyada dağ yəhudilərinin ilk muzeyi sayılır. Burada dağ yəhudilərinin tarixini, adət-ənənələrini, mədəniyyətini əks etdirən eksponatlar sərgilənir.
Qarçaği sinaqoqunda yaradılan muzeydə Qafqazın müxtəlif yerlərindən gətirilmiş milli geyimlər, ayin qabları, əlyazmalar, kitablar, XIX əsrə aid antik əşyalar, dağ icmasının irsi və ənənələri qorunub saxlanılır.
Mövcudluğu ilə regionda Azərbaycanın tolerantlığının daha bir təsdiqinə çevrilən bu məkan həm də millətlərarası tarixi əlaqələri və multikulturalizmi təqdim edir.








-
Magazin106:16
Şəbnəmin pulları nümayiş etdirməsinə Nüşabədən REAKSİYA - VİDEO
-
Hadisə05:45
Partlayış olan evi iki gün əvvəl kirayə götürüblərmiş - VİDEO
-
Maraq dünyası05:15
Meyit tabutda oyana bilir? - Mif dağıldı
-
Sosial04:14
Vaxtı keçmiş yumurta yeyirik? - "Üzərində heç bir yazı qeyd olunmur"
-
Avropa03:43
Qutsul davasının təfərrüatları MƏLUM OLDU
-
Səhiyyə01:41
Ayağına prosedur etdirdi, aylardır irin axır - Ölüm işində adı hallanan kosmetoloqdan ŞİKAYƏT
-
Magazin100:00
"İlhamə Quliyevanın cavabını verən yeganə mən olmuşam”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bunu sözlərlə ifadə etmək çətin ola bilər