Nida Xəbər
Azərbaycan, ABŞ və İsrailin erməniləri qorxuya salan planı: İrəvanda nədən narahatdırlar?

Azərbaycan ilə İsrail arasında qarşılıqlı fəaliyyət uzun tarixə malikdir, onlar arasında sıx əlaqələr qurulub və həmçinin İsrailin ABŞ-dakı ciddi təsirini nəzərə alaraq, Bakının da iştirakı ilə bu əməkdaşlığın üçtərəfli formata çevrilməsinə cəhdlər edilir.
Publika.az xəbər verir ki, bunu Amerikanın Lehiq Universitetinin professoru, politoloq Arman Qriqoryan “ NEWS.am”-ın müxbiri ilə söhbətində deyib.
O, bunu Ermənistan üçün son dərəcə arzuolunmaz ssenari adlandırıb. Qriqoryan təkrar edib ki, bu, Ermənistanın maraqlarına cavab vermir.
Ekspert “The Jerusalem Post” qəzetində dərc olunan məqaləyə işarə edərək onu vacib və maraqlı adlandırıb. O xatırladıb ki, məqalədə Trampın müşavirinin Azərbaycana səfərinin ABŞ, İsrail və Azərbaycan arasında koalisiyanın yaradılmasına təşəbbüs edildiyi bildirilir.
Qriqoryan əlavə edib ki, İranda yaşayan azərbaycanlılarla bağlı məsələ də vaxtaşırı gündəmə gətirilərək orada separatizmi qızışdırmağa cəhd edilir. “Və bu kontekstdə Azərbaycanla da danışıqlar aparıla bilər”, - deyə politoloq vurğulayıb.
O, bunların indi real görünməyən uzaq planlar olduğunu istisna etməyib.
Tural

-
Qoroskop00:55
Günün qoroskopu: Yuxularınız sizə mesaj verəcək
-
Hadisə23 Aprel 22:26
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ
-
ABŞ23 Aprel 22:14
Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
-
Dünya23 Aprel 21:37
İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Region23 Aprel 21:12
Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
-
Elm və təhsil23 Aprel 19:40
Qarabağ Universiteti müəllim axtarır - FOTO/YENİLƏNDİ
-
Magazin123 Aprel 19:10
Azərbaycanlı gəlinindən Van Dammla bağlı paylaşım
-
Region23 Aprel 18:20
İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi