Nida Xəbər
Qarabağın azad edilməsi ilə bölgədə yeni dövr başladı - Ərdoğan

İşğal altında olan Qarabağın azad edilməsi ilə bölgədə yeni dövr başladı.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.
Ərdoğan vurğulayıb ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra qardaş Azərbaycan Türkiyəyə köməyə ilk gələnlərdən biri olub.
Onun sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir.
“Birgə səylər sayəsində bu birlik son illər daha da möhkəmlənib və bu, bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verib”, - deyə Türkiyə lideri qeyd edib.
Ərdoğan qardaş ölkələrin birgə səylərlə yeni dünya düzəni quracağına və bu düzənin mərkəzində türk dünyasının olacağına inamını ifadə edib.
Türk dilli xalqları bayram münasibətilə təbrik edən siyasətçi Osmanlı dövrünə aid Novruz adət-ənənələrindən də danışıb.
Qeyd edək ki, Ərdoğan martın 21-nin ölkədə Baharın və Qardaşlığı Bayramı Günü kimi təsis ediləcəyini açıqlayıb və bu günün birliyin rəmzi kimi Türk Dövlətləri Təşkilatı nəzdində, birgə qeyd olunmasını təklif edəcəklərini deyib.

-
Qoroskop00:55
Günün qoroskopu: Yuxularınız sizə mesaj verəcək
-
Hadisə23 Aprel 22:26
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ
-
ABŞ23 Aprel 22:14
Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
-
Dünya23 Aprel 21:37
İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Region23 Aprel 21:12
Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
-
Elm və təhsil23 Aprel 19:40
Qarabağ Universiteti müəllim axtarır - FOTO/YENİLƏNDİ
-
Magazin123 Aprel 19:10
Azərbaycanlı gəlinindən Van Dammla bağlı paylaşım
-
Region23 Aprel 18:20
İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi