Nida Xəbər
Suriyadakı diplomatımız Pakistanla bağlı önəmli tədbirə qatıldı

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Pakistanın Respublika Gününə həsr olunmuş tədbirdə iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Dəməşqdəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Bir daha qardaş Pakistan İslam Respublilkasına Milli Günü münasibətilə ən xoş təbriklərimizi və ən səmimi arzularımızı ifadə edirik”, – səfirliyin sosial şəbəkə hesabında diplomatın sözügedən tədbirdən şəkli əlavə olunaraq qeyd olunub.
Qeyd edək ki, Pakistanın Milli Günü və ya Respublika Günü 1940-cı il martın 23-də Lahor qətnaməsinin qəbul edilməsini əlaqəlidir. Bu sənədlə Britaniya Hindistanındakı müsəlmanlar üçün müstəqil dövlətin yaradılmasının əsası qoyulub. Həmçinin 1956-cı ilin eyni günündə Pakistan öz ilk konstitusiyasını qəbul edib və dominion statusundan tamamilə imtina edərək respublika olub.
Xatırladaq ki, daha əvvəl Şahhüseynov Hindistanın Suriyadakı səfiri İrşad Əhmədlə görüşmüşdü.

-
Art22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Hadisə18:30
Şadlıq sarayında 55 nəfərin zəhərlənməsinin səbəbi bilindi
-
Sosial17:53
İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
-
MDB17:02
Ruslardan Türkiyə ilə bağlı QORXULU ANONS: Ara qarışacaq, işıqlar sönəcək
-
Nida Xəbər 15:27
Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?
-
Elm və təhsil14:38
DİM imtahanların başlama vaxtını dəyişdi
-
İdman13:12
"Qalatasaray"ın sabiq ulduzu bu gözəldən ayrıldı - FOTOLAR
-
Sosial12:48
Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA