Nida Xəbər
Kavelaşvili Heydər Əliyev Mərkəzində - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Heydər Əliyev Mərkəzində olub.
Publika.az xəbər verir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ictimai-siyasi irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Mərkəzdəki Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.
Gürcüstan Prezidenti əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.
Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.
“Azərbaycan inciləri” sərgisi ilə də tanış olan Gürcüstan Prezidentinə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, milli çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
"Klassik avtomobillər sərgisi" ilə də tanış olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili daha sonra xatirə kitabına ürək sözlərini yazıb.
Gürcüstan Prezidenti Mərkəzdən xoş təəssüratla ayrılıb.





-
Hadisə04:14
Sumqayıtda ticarət mərkəzindəki yanğının TƏFƏRRÜATI - VİDEO
-
ABŞ00:30
İlon Maskın BAŞI DƏRDDƏ - Qrup iddiası qaldırldı, "Tesla" avtomobillərində...
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Onun cavabı sizi təəccübləndirə bilər
-
Sosial00:00
Şərurlu İsfəndiyarın oğlu HƏBS EDİLDİ
-
İdman19 Aprel 23:36
Millimizin üzvü evləndi - VİDEO
-
Magazin119 Aprel 23:24
Həbsdə olan menecer xəstəxanaya yerləşdirildi - FOTO
-
Hadisə19 Aprel 23:12
Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNDİ
-
Elm və təhsil19 Aprel 22:36
Qara görə sabahkı imtahanda iştirak edə bilməyəcəklər