Nida Xəbər
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu

Xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun komandiri və tibb xidmət rəisi vaxtında zəruri tədbirlər görmədikikləri üçün vəzifə səlahiyyətlərini aşmaqda təqsirli biliniblər.
Publika.az xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlar əsasında müttəhimlər təqsirli hesab edilib.
Hökmə əsasən, Samir Həziyev 4 , Aydın Quliyev isə 3 il müddətə azadlıqdan məhrum edilib. Bu günə qədər azadlıqda olan A.Quliyev məhkəmə zalında həbs edilib.
Hökmdən əvvəl vəkillər Orxan Zeynalov və Kəramət Əliyev müdafiə çıxışlarında, müttəhimlər son sözlərində bəraət istəyiblər.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Naxçıvanda baş verib. Əsgər Ceyhun Hüseynov iyunun 9-da N saylı hərbi hissədən naməlum şəraitdə itkin düşüb, iki gün sonra qətlə yetirilmiş halda tapılıb.
Ceyhun ali təhsilli olub. O, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib, 627 balla ADA Universitetinə qəbul olunub.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlar əsasında müttəhimlər təqsirli hesab edilib. ("Qafqazinfo")

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma