Nida Xəbər
Orduda hərbi xidmət keçən şəxslərə ŞAD XƏBƏR

Milli Müdafiə Universiteti ilk dəfə Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçən şəxslər üçün təhsil almaq imkanı yaradıb.
Publika.az xəbər verir ki, bu barədə Universitetin sosial şəbəkə səhifəsində məlumat yerləşdirilib.
Məlumata görə, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət edən, 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11-ci sinif buraxılış imtahanından yüksək nəticə əldə etmiş müddətli həqiqi hərbi qulluqçular (əsgərlər) üçün Bakı və Naxçıvan Hərbi Kolleclərində təhsil almaq imkanı yaradılır. Müəyyən edilmiş meyarlara cavab verən yüksək göstəricili əsgərlərə Hərbi Kolleclərdə təhsil almaqla bağlı xidmət etdikləri hərbi hissələr tərfindən ətraflı məlumat veriləcək.
Hərbi kolleclər üçün tələb olunan tibbi müayinədən keçən və göstəriciləri uyğun hesab edilən şəxslərin namizədliyi qeydə alınacaq.
İki illik təhsil müddətində kursantlar Hərbi Kolleclərdə 9 peşə, 27 hərbi ixtisas üzrə təhsil alırlar. Onlar təhsil müddətində əşya, ərzaq, tibbi sığorta, yaşayış yeri (yataqxana) təminatı; kursanta və onun ailə üzvlərinə ödənilən birdəfəlik və aylıq ödəmələr; dövlət hesabına xaricdə təhsil imkanı əldə edəcəklər. Bundan başqa, xidmət müddətində kursantlara gizir hərbi rütbəsinin verilməsi; xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi; il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı; özü və ailə üzvləri üçün güzəştli tibbi təminat; - güzəştli ipoteka krediti (5 il xidmət etdikdən sonra, ipoteka yolu ilə alınan yaşayış sahəsinin dəyərinin 15 faizədək olan hissəsi dövlət tərəfindən maliyyələşdirilməsi); - Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması; karyerada davamlı yüksəliş kimi imtiyazlar nəzərdə tutulur.

-
Qoroskop00:15
Günün ULDUZ FALI - Həyatınızda dəyişikliklər ola bilər
-
Magazin100:00
"Aysunun alnından öpərəm"
-
Sosial13 May 23:24
"TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm" - VİDEO
-
Səhiyyə13 May 23:12
Azərbaycanda cərraha yüksək VƏZİFƏ VERİLDİ - FOTO
-
ABŞ13 May 22:40
Müəmmalı qara "CƏHƏNNƏM PORTALI": ABŞ səmasında nə baş verir? - VİDEO
-
Kriminal13 May 22:24
"Eşidib ki, inilti səsi gəlir" - Elgün İbrahimovun ölümünün ŞOK TƏFƏRRÜATI
-
Magazin113 May 21:50
Milyarderin aktrisa gəlini qatarda elə pozalar verdi ki... - FOTO
-
ABŞ13 May 21:40
Tramp İranı iflasa uğratmaqla HƏDƏLƏDİ