Nida Xəbər
Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlanır

Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi birləşdirir.
Publika.az xəbər verir ki, bu gün iki ölkə həm ikitərəfli, həm də beynəlxalq qurumlar, xüsusilə TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Təşkilatı və Beynəlxalq Türk Akademiyası çərçivəsində uğurla əməkdaşlıq edir.
Eyni zamanda ali səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq mədəniyyət layihələrində birgə iştirak xalqlarımızı daha da yaxınlaşdırır.
20-25 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil olunacaq Azərbaycan Mədəniyyəti Günləri iki ölkənin mədəni əlaqələrində yeni səhifə açacaq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçiriləcək tədbirlə bağlı ölkəmizdən incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçiləri Bişkekə səfər edəcəklər.
Qırğızıstan paytaxtının aparıcı mədəniyyət və təhsil müəssisələrində sərgilər, konsertlər, kitab təqdimatı, ustad dərsi və digər tədbirlər təşkil olunacaq.
Qeyd edək ki, ölkəmizdə Qırğız Mədəniyyəti Günləri 2024-cü ilin 23-26 aprel tarixlərində keçirilib.

-
Magazin122:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin121:12
Şəbnəmlə Vəfa barışdı
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
-
Magazin119:50
16 yaşlı Nuranəni öldürüb Kürə atan əri ilə bağlı QƏRAR VERİLDİ
-
Mətbəx18:55
Qurbağa əti Bakıda süfrəyə gəldi - Halaldır, yoxsa haram?
-
Nida Xəbər 18:36
Pakistanın Baş naziri Azərbaycana gəlir
-
Sosial17:59
Mikayıl Cabbarova yeni vəzifə verildi