Nida Xəbər
Sülh sazişi üçün Ermənistan 2 vacib məsələni həll etməlidir - Bayramov

Ermənistan Konstitusiyasındakı Azərbaycanın ərazi bütövlüyünə dair iddialar aradan qaldırılmalıdır.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “TRT World” telekanalına müsahibəsində danışıb.
XİN rəhbəri qeyd edib ki, təəssüf ki, bu vaxta qədər Ermənistan bu istiqamətdə heç bir addım atmayıb.
“İki əsas məsələ açıq qalır. Ən vacib məsələ Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları əks etdirən müddəaların mövcudluğudur. Bu, nə bizim, nə də Ermənistan üçün yeni məsələ deyil. Sülh danışıqları ilə paralel olaraq, biz daim bu məsələni Ermənistanın diqqətinə çatdırmışıq. Hətta 2023-cü ilin may ayında biz bu barədə sənədi Ermənistana təqdim etmişik.
Digər bir məsələ isə ATƏT-in Minsk Qrupuna və onunla əlaqəli digər strukturlara aiddir. Bu qurumlar 1990-cı illərin əvvəlində Qarabağ münaqişəsinin həllinə yönəlmişdi. Amma indi bu strukturlar tamamilə fəaliyyətsizdir və heç bir nəticə vermir. Məsələn, həmsədr ölkələr - Fransa, ABŞ və Rusiya bir-birilə belə görüşə bilmir”, - nazir vurğulayıb.
Xarici işlər naziri əlavə edib ki, yekun nəticə üçün hələ görüləsi işlər var və bu addımlar indi Ermənistanın tərəfindən atılmalıdır.

-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin122 May 21:12
Şəbnəmlə Vəfa barışdı
-
Sosial22 May 20:00
Əhalinin NƏZƏRİNƏ - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
-
Magazin122 May 19:50
16 yaşlı Nuranəni öldürüb Kürə atan əri ilə bağlı QƏRAR VERİLDİ
-
Mətbəx22 May 18:55
Qurbağa əti Bakıda süfrəyə gəldi - Halaldır, yoxsa haram?