Nida Xəbər
Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə təhvil verildi

Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə təhvil verilib.
Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı Savlatov Sotim Zuxuroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Rusiya Federasiyasında səfərbərlik və ya hərbi vəziyyət dövründə, müharibə vaxtı və ya silahlı münaqişə və ya hərbi əməliyyatların aparılması şəraitində hərbi xidmətə çağırış və ya kontrakt üzrə xidmət edən hərbi qulluqçu tərəfindən özbaşına hərbi hissəni və ya xidmət yerini tərk etmə, habelə üzrlü səbəblər olmadan bir aydan artıq müddətdə xidmətə vaxtında gəlməmə əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.Z.Savlatov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.

-
Magazin100:25
“Mamagama” "Avroviziya" səhnəsində - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Həyatınızda dəyişikliklər ola bilər
-
Magazin100:00
"Aysunun alnından öpərəm"
-
Sosial13 May 23:24
"TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm" - VİDEO
-
Səhiyyə13 May 23:12
Azərbaycanda cərraha yüksək VƏZİFƏ VERİLDİ - FOTO
-
ABŞ13 May 22:40
Müəmmalı qara "CƏHƏNNƏM PORTALI": ABŞ səmasında nə baş verir? - VİDEO
-
Kriminal13 May 22:24
"Eşidib ki, inilti səsi gəlir" - Elgün İbrahimovun ölümünün ŞOK TƏFƏRRÜATI
-
Magazin113 May 21:50
Milyarderin aktrisa gəlini qatarda elə pozalar verdi ki... - FOTO